Məşhur gəlinlik dizayneri Vera Vang illərə meydan oxuyur.
”Yeni Gündəm” xəbər verir ki, məşhur ulduzlar üçün gəlinlik libası dizayn edən Vera Vang xarici görünüşü ilə görənləri heyran edib. Modelyerin ”İnstagram” hesabında yayımladığı fotoları görənlər onun 70 yaşı olduğuna inana bilmirlər. Onun fotolarına ”Bizə də gənc qalmağın sirrini söylə” tipli şərhlər yazılır. O gənc qalması barədə danışaraq ”Hər gün ağırlıq qaldırıram. Velosiped sürməyi və qolf oynamağı çox sevirəm. Hər zaman sağlam qidalanıram” sözlərini deyib. Üstəlik Veranın orta yaşlarda iki qızı var.