7times.az 3 yaşını qeyd edirbackend

Bu gün 7times.az saytı 3 yaşını qeyd edir.

“Yeni Gundem” xəbər verir ki, sayt fəaliyyətə başladığı 2020-ci ildən ölkəmizin informasiya məkanında yerini tapmağı bacarıb.

Məramı oxuculara aktual, doğru və operativ xəbər ötürmək olan media orqanı müasir jurnalistikanın müsbət keyfiyyətlərini özündə təcəəsüm etdirir.

İnformasiya saytı Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərləri də oxuculara çatdırır.

“Yeni Gundem” saytı olaraq “7Times” xəbər agentliyinin təsisçisi və baş redaktoru Cəlal Fərzəliyev başda olmaqla saytın bütün kollektivini təbrik edir, onlara qələm savaşında parlaq qələbələr arzu edirik.

Fərahim