81 yaşlı alman milyonçu 26 yaşlı rus qızla evlənib – FOTObackend

81 yaşlı alman milyonçu 26 yaşlı rus qadınla evlənib.

Bu barədə “Bild”ə istinadən xəbər verir.

Horst-Dieter Eş adlı milyonçu 1970-ci illərdə Almaniyada tikinti maşınları sahəsində uğurlu biznes qurub. O, “IBH-Holdinq” konsernini təsis edib, lakin sonra müflis olub və hətta həbsxanaya düşüb. 1980-ci illərdə o, ABŞ-a mühacirət edib və orada Nyu-Yorkda “Wilhelmina International” model agentliyini yaradıb. Onun biznes tərəfdaşlarından biri Donald Tramp olub. Eş son vaxtlar Meksikada yaşayır. Orada o, dəbdəbəli daşınmaz əmlak satışı ilə məşğul olub, lakin indi ailəsinə görə təqaüdə çıxıb.

Gəncliyində alman iş adamı Yuqoslaviyadan olan bir qızla evlənib və 1971-ci ildə Nataşa adlı bir qızı doğulub. Lakin tezliklə cütlük boşanıb.

“Bild” mənbələri bildiriblər ki, indi iş adamı Alina adlı rus qadınla evlənib. May ayında Horst-Dieter və Alinanın Marselina adlı bir qızı doğulub. Onlar iyun ayında Baja California Surdakı One and Only kurortunda kilsədə evləniblər. Orada qızı vəftiz edilib.

“Həyatımın ən vacib və emosional günü idi”, deyə nikahla bağlı danışan Alina bildirib.

Onun Sankt-Peterburq və Moskvada təhsil aldığı bildirilir.

“O, çox zəngin ailədəndir, ona görə də maliyyənin heç bir əhəmiyyəti yoxdur. Valideynlərinin evində ərköyün olduğu kimi mən də onu əzizləməyə çalışıram. Bu mənim pulumu almaqla bağlı deyil. Bizim sevgi dolu münasibətlərimiz güclüdür və maliyyədən asılı deyil”, deyə Horst-Dieter bildirib.

İndi cütlük Avropada ev almaq istəyir. Məsələn, Münhenin cənubundakı alp gölünün yaxınlığında və ya Avstriyadakı Kitzbühel xizək kurortunda. Onlar yazdan payıza qədər orada altı ay yaşayıb, qış üçün Meksikaya qayıtmağı planlaşdırırlar./Qaynarinfo