İndoneziyada yaşayan “Playboy King” ləqəbli 61 yaşlı fermer indiyədək 87 dəfə evlənib.
“Yeni Gundem” xarici mediaya istinadən xəbər verir ki, fermerin son hərəkəti hər kəsi təəccübləndirib.
88-ci dəfə evlənməyə hazırlaşan fermer evlənəcəyi şəxsin 86-cı həyat yoldaşı olduğunu bildirib. Fermer güclü mənəvi tərəfinə görə qadınların onu bəyəndiyini söyləyib.
Bu günə qədər bir çox qadınla evliliyindən bəhs edən Kaan qeyd edib ki, qadınlar məni çox güclü mənəvi tərəfim olduğu üçün bəyənirlər: “Uzun müddətdir evli olmasam da, bu həyəcanı davam etdirməyimi bəyənirlər”.