Son zamanlar “AAAF Park”-da qanunsuz tikinti davam etdirilir adlı məqalələr mətbuatın manşetini tez-tez bəzəməyə başlayıb. Xırdalanda yerləşən həmin məşhur yaşayış kompleksinin qarşısında davam etdirilən qanunsuz tikinti işləri çox sürətlə aparılır. Necə deyərlər, lap ildırım sürəti ilə.
Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki,”AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa etmək qərarına gəliblər. Obyektin sahibinin kimliyi müəyyən olmasa da iş icraçısı Namiq Məmmədov Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan güşənin yerində obyekt tikilməsini daha çox məqsədli hesab edir. O, mətbuatda gedən yazılara birmənalı olaraq cavab verir ki, tikintinin davam etdirilməsi üçün aidiyyatı orqanlarla “anlaşllıb”. Buradan sual yaranır ki, Namiq Məmmədov kiminlə necə “razılaşıb “. Hər-halda bu sualın cavabını özü yaxşı bilir.
“Yeni Gundem” xəbər verir ki, Namiq Məmmədovun nəzarət etdiyi idarə tikinti işləri o qədər sürətlə aparılır ki, hətta ərazi hasarlanaraq gecə-gündüz tikinti aparılır. Bu isə həmin ərazidə yaşayan sakinlərin ciddi narazılıqlarına səbəb olub. Sakinlərin mətbuat nümayəndələrinə verdiyi məlumatlarda o da əks olunub ki, obyektin tikildiyi ərazidə bir neçə şam ağacı gecə saatlarında kəsilib.
Ağacdan söz düşmüşkən burada Ümummilli Liderimizin məşhur bir sitatını xatırlamaq yerinə düşər: “Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, becərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm,bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir…. İnsan qurmalıdır, yaratmalıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyütməlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.
Görünür iş icraçısı Namiq Məmmədov və obyektin sahibi Ümummilli Liderin aforizmə çevrilən, dillər əzbəri olan bu kəlamını oxumayıblar. Vaxtında oxuyub öyrənsəydilər ağaclara da münasibətləri fərqli olardı. İş – biznes maraqları həddindən artıq o qədər güclüdür ki, onların gözlərini daha çox qazanmaq tutur. Əgər onlar ağac ümumimilli liderin məşhur kəlamını vaxtında oxusaydılar “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa etdirməzdilər. Daha kobud desək o guşəyə qalxan əllər, kəsdikləri ağaclar kimi kəsilməlidir.
Hasarlanan ərazidə 24 saat tikinti işləri apartdıran Namiq Məmmədovun təbiətə ziyan vurmağını, ətrafda yaşayan sakinlərə narahatlıq yaratdığını, Ümummilli lider Heydər Əliyevin büstünün sökülməsinə göz yuman biri oldugunu dəqiqliklə müəyyən etdik. Təkrarçılıq kimi çıxmasın Namiq Məmmədov ağaclarlın kəsilməsinə dair məşhur aforizimi oxumadığı kimi qanunlarımız da oxumayıb. Əgər qanunları vaxtinda oxusaydı bilərdi ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur.
Namiq Məmmədovun və obyekt sahibinin diqqətinə bir daha çatdırmağı özümüzə borc bilirik ki, Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.
Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.
Amma Namiq Məmmədov və obyekt sahibi Ulu Öndər Heydər Əliyevin sökülən poster və guşəsinin yerində və tikinti sahəsində heç bir məlumatlandırma löhvəsi asmayıb. Bundan əlavə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir. İnşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.
Deyilənləri əyani görmək üçün bugünlərdə ərazidə çəkiliş apardıq. İnternetdə yayılan fotolarda Ümummilli liderin güşəsi doğurdan da yerində olmadığı birmənalı olaraq bilindi. Çəkiliş aparmazdan öncə ərazidə heç bir mühafizə xidmətinin olmadığı gözə dəqiqliklə çarpdı. Lakin kameranı yandırıb çəkilişə başlayan kimi Ələddinin sehrli çırağından çıxan Çin kimi bir yekəpər adam peyda oldu. Sinəsini qabağa verib çəkiliş aparılmasına mane oldu. Həmin enli kürək “mühafizəçi” bizə hər yerlə razılaşdırıldığını bildirdi. Sözün əsl mənasında Ələddinin cini arzuları yerinə yetirdiyi kimi bu mühafizəçi də özünün rəhbərlərinin əraziyə adam buraxılmasın tapşırıqlarına çox ürəkdən əməl edirdi.
Mülki formada ərazidə gəzən, heç bir mühafizə tələblərinə uyğun olmayan şəxsin bizlə qısa dialoqlundan sonra
”Yeni Gundem” olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanladıq.
Adıçəkilən qurumdan bildirdilər ki, Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.
Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.
Sorğunun da cavabından bəlli olur ki, tikinti işlərinin dayandırılması üçün akt tərtib edilib. İş icraçısı və Namiq Məmmədov bir az da irəli gedərək yazılan akta da məhəl qoymayıb. Necə deyərlər başını aşağı salıb öz işiylə məşğuldur.
Onu da qeyd edək ki, Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı. Obyektivliyi nəzarə alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq.
Mövzunu davam etdirəcəyik…”Yeni Gundem” “Analoq”
Araşdırmalarımız davam edir…
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.