“AAAF Park”MMC və onun rəhbəri, tanınmış iş adamı Tofiq Heydərovu bina sakinləri məhkəməyə verib.
“Yeni Gundem” xəbər verir ki, “AAAF Park” və onun rəhbəri ilə yanaşı, “AAAF-İnşaat” MMC, “AAAF Park Xırdalan”la bağlı da ittiham irəli sürülüb.
İddianı “AAAF Park” sakinləri Hacımuradov Ceyhun, Əlizadə İlqar, Salmanov Kənan, Səfərov Mahir, Bağırov Aydın, Abdiyev Səid, Baxşiyev Rəşad, Abdullayev Rustam, Məmmədov Azad qaldırıb. İşin mahiyyəti açıqlanmır.
Yaşayış kompleksi və onun rəhbəri, iş adamı Tofiq Heydərovun işinə 14 mart tarixində Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Tribunainfo.az