Ötən ilin dekabrında evlənən və yenicə ata olan əməkdar artist Abbas Bağırov instaqramda ilk dəfə xanımı ilə fotosunu paylaşıb.
“Yenigundem” xəbər verir ki, müğənni yenə də ənənəsinə sadiq olaraq həyat yoldaşının üzünü göstərməməyə çalışıb. Onun şərh bölməsini deaktiv etməsi də diqqətdən yayınmayıb.
Xatırladaq ki, Abbas ötən il 3 dəfə toy edib. İfaçının birinci, yəni ancaq kişilərdən ibarət toyu may ayında, qız toyu isə Gəncədə reallaşıb. Sonuncu toy isə dekabrda baş tutub. Hər 3 məclis mətbuata qapalı keçirilib.