Abdin Fərzəliyev Prezident Adminstrasiyasına yalan məlumatlar niyə verir?- Qazinin kağız üzərində qalan problemibackend

Abşeron rayon sakini, Vətən müharibəsi qazisi İlqar Cahangirov Abşeron Rayon İcra Hakimiyyəti vəzifəlilərinin onu qəbul etmədiklərini bildirir.

“Yeni Gundem”-ə müraciət edən İlqar Cahangirov deyir ki, qurumun Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov onun zənglərinə cavab vermir:

Abşeron RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimova dəfələrlə müraciətlər etsəm də, dəfələrlə zəng etsəm də bu günə qədər nə məni qəbul etməyib nə də müraciətlərimə cavab verməyib. Bu şəxs gürür ki, mən onlarla media vasitəsi ilə səsimi cənab Prezidentə çatdırmaq istəyirəm və mənim Abşeron rayon İcra Hakimiyyətindən olan şikayətlərim onlarla saytlarda dərc olunub. Lakin Kərim Kərimov bir dəfə belə olsun nə mənimlə maraqlanmayıb nə də telefonlarıma cavab verməyib. Cənab Prezident deyir ki, məmurlar xalqın xidmətçisidir lakin Abdin Fərzəliyev və Kərim Kərimov kimi məmurlar özünü Abşeron rayonunun ağası, xanı kimi aparırlar. Kərim Kərimovun vəzifəsi Abşeron rayonunda olan vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə maraqlanmaq olduğu halda bu şəxs mənim telefonuma belə cavab vermir. Deməli ki, bu şəxslər cənab Prezidentin tapşırıqlarını heçə sayır! Həmin bu Abşeron RİH-nin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Kərim Kərimov mənə əvvəllər paket (rüşvət) təklifi də edib və bildirib ki, bunu Abdin müəllim göndərib. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin Başçısı Abdin Fərzəliyev bu cür paketlərlə (rüşvət) kimlərisə ələ alır və həmin paket alan qazilər də həmişə onu müdafiə edir.

Abdin Fərzəliyev həmçinin Prezident Administrasiyasına yalan məlumatlar verir. Yalnız ələ aldığı qazilərə özünü təriflətməklə çəkiliş edib Prezident Administrasiyasına göndərir və sosial şəbəkələrdə yaydırır. Beləliklə özünü xalqın sevdiyi bir şəxs olaraq xalqa təqdim edir. Əslində isə mənim kimi Azərbaycan

Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əlil olan bir şəxsi bu qədər şikayətlər etməyimə baxmayaraq qəbul etmir.

Abdin Fərzəliyevin müavini Gülnar Rəhimovanın 29.09.2023-cü il tarixində mənə göndərdiyi məktubu mən 28.01.2024-cü il tarixində ala bilmişəm. Həmin məktubda qeyd edilir ki, səyyar qəbullar olur və həftə içi də qəbillar olur. 2023-cü ilin mart ayından aprel ayının 7-sinə qədər mən Abdin Fərzəliyevin qəbuluna düşə bilməmişəm və hər dəfə onun müavinləri məni ələ salaraq göndəriblər. Səyyar qəbula isə yalnız yerli icra nümayəndəsinin və bələdiyyənin əvvəlcədən çağırdığı şəxslər salınır.

Abdin Fərzəliyevin trolları (aylıq paket alanlar) dəfələrlə mənə zəng ediblər və görüşərək söyləyiblər ki, sən Abdindən şikayət etməməliydin, elə buna görə də acığa düşün sənə heç bir köməklik etməyəcəklər. Mənə təklif ediblər ki, gəl səni aparaq Abdinin yanına qəbula salaq. Lakin mən bildirmişəm ki, rəsmi olaraq müraciət etmişəm və rəsmi olaraq qəbul edilməyimi istəyirəm. Nəyə görə səlahiyyəti olmayan və Abdinin paketlə ələ aldığı qazilər məni qəbula salmalıdır? Abdin Fərzəliyev özünü Prezidentdən üstün bir şəxsmi hesab edir?

Ombudsmanın Aparatına bu günə qədər dəfələrlə müraciətlər etmişəm. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar ikinci qrup əlil şəxs olaraq bildirmişəm ki, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyev sizə yalan məlumatlar verərək guya mənə çox sayda yardım edildiyini bildirirlər. Lakin həmin göstərilən yardımlardan yalnız ikisi mənə edilib. Belə ki, 800 manat pulu hesabımdan çıxarıb saxlamışam Abdin Fərzəliyevin özünə qaytarmaq üçün. Məni qəbul etmədiyi üçün mən həmin puldan imtina etsəm də pulu mənim hesabıma köçürüblər. Sizdən xahiş edirəm ki, pulu məndən qəbul edib Abdin Fərzəliyevin özünə qaytarasınız. Səbəb isə odur ki, Abdin Fərzəliyev mənə edilən həmin iki yardımı əlində əsas tutub mənim heç bir müraciətimə baxmır.

Belə məlum olur ki, Ombudsmanın Aparatı Abdin Fərzəliyevin təsiri altına düşüb və mənim bu günə qədər etdiyim müraciətləri obyektiv olaraq araşdırmır. Belə ki, həm Ombudsmanın Aparatı həm də Abşeron rayon İcra Hakimiyyəti, Ali Baş Komandan cənab İlham Əliyevin heç bir tapşırığına məhəl qoymur! Cənab Prezident dəfələrlə öz çıxışlarında bildirib ki, vətən müharibəsi iştirakçılarının bütün problemləri həll edilməlidir. Lakin Ombudsman Aparatı, Ali Baş Komandanın göstərişlərini heçə sayaraq, Abşeron RİH-nin başçısı Abdin

Fərzəliyevin təsiri altına düşüblər.

Möhtərəm cənab Prezident!

Hörmətli Rəhbərlər!

Sizdən xahiş edirəm ki, özünü Abşeron rayonunun xanı kimi aparan Abdin

Fərzəliyevin məni qəbul edib problemlərimi dinləməsi üçün ona tapşırıq verəsiniz. Mən bu günə qədər Prezident Administrasiyasına, Ombudsmanın Aparatına və digər Dövlət qurumlarına onlarla müraciətlər ünvanlasam da, bir-çox medialarda mənim şikayətlərim dərc edilsə də Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevlə bağlı heç bir tədbir görülməyib. Əgər bu dəfə də müraciətimə baxılmasa ölkəmizdə olan bütün səfirliklərə bir-bir müraciət edərək səsimi cənab Prezidentə çatdırmalarını xahiş edəcəyəm.

Hörmətli Media Nümayəndələri!

Mən, müraciətimin başlığında cənab Ali Baş Komandana müraciət etsəm də bilirəm ki, mənim bu müraciətimi Prezident Administrasiyasının məktublar şöbəsində kimsə oxuyub atacaq bir kənara. Ona görə də doğru-düzgün fəaliyyət göstərən media nümayəndələrindən xahiş edirəm, mənim bu müraciətimi saytlarda dərc etsinlər ki, bəlkə müraciətimin ictimailəşməsi nəticəsində səsim cənab Prezidentə və Birinci Vitse-Prezidentə çatar. Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, Abşeron RİH-nin başçısı Abdin Fərzəliyevin mənə qarşı etdiyi bu haqsızlığa qarşı dinc etiraz aksiyasına icazə verilməsi üçün 26.02.2024-cü il tarixində Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Eldar Əziz oğlu Əzizova ərizə ilə müraciət etmişəm. Dinc etiraz aksiyasının yeri və vaxtı barəsində bütün media nümayəndələrinə öncədən məlumat verəcəyəm.

“Yeni Gundem” olaraq qarşı tərəfin cavabını dərc etməyə hazırıq!