Abid Şərifova məxsus olduğu bildirilən şirkət əmək hüquqlarını pozdu – 25 min cəriməbackend

“Avro-Asiya İnşaat Korporasiyası “Evrascon”” ASC-yə inzibati protokol yazılıb.

“Yeni Gundem”in xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Sevinc Quliyevanın icraatındadır.

Qeyd: ASC-nin Baş nazirin sabiq müavini Abid Şərifovun yaxınlarına məxsus olduğu bildirilir.