“Avro-Asiya inşaat korporasiyası “Evrascon”” ASC və “Azərkörpü-tepe” MMC məhkəməyə verilib.
“Yeni Gundem”-in xəbərinə görə, ASC və MMC ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Bakısığorta” ASC edib.
Mahiyyəti mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr olan iş hakim Zeynəb Axundovanın icraatındadır.
Qeyd: Məhkəməyə verilən ASC-nin Baş nazirin sabiq müavini Abid Şərifovun yaxınlarına məxsus olduğu bildirilir.