“ABŞ Azərbaycanın liderliyi ilə Cənubi Qafqazdakı sabitlik və inkişaf perspektivlərinə dəstəyini davam etdirməkdədir” – Deputatbackend

Bütün dünyada fövqəlgücünü israrla qorumaqda olan ABŞ Azərbaycanın liderliyi ilə Cənubi Qafqazdakı sülh, sabitlik və inkişaf perspektivlərinə dəstəyini davam etdirməkdədir. Bu siyasi reallıq Amerika Birləşmiş Ştatlarının Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubun məzmununda bir daha özünü təsdiqləyir.

Bu fikirləri “Yeni Gundem”-ə açıqlamasında Milli Məclisin üzvü Aydın Hüseynov ifadə edib.

Böyük siyasi liderlərin öz mövqe və qərarlarını bildirmək üçün hər bir fürsətdən məharətlə yararlandıqlarını ifadə edən deputat Aydın Hüseynov deyib ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə qəhrəman Azərbaycan Ordusunun qazandığı qələbə Avrasiyada yeni bir münasibətlər konfiqurasiyası yaradıb. Məhz bunun nəticəsidir ki, Vətən müharibəsindən sonra Zəngəzur dəhlizi məsələsi beynəlxalq siyasi mövzuya çevrilib və öz aktuallığını onilliklər boyu qoruyacaq.

“Prezident Baydenin məktubunda özünə yer alan “Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizliyi və çiçəklənməni təşviq edəcək Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə olan dəstəyimizi bir daha təsdiq edir”,- deyə Millət vəkili qeyd edib.

Fərahim Rəhimov