ABŞ-da azərbaycanlılara hücum edən erməniyə hökm oxundubackend

Kaliforniya Ali Məhkəməsi 2020-ci ilin iyulunda dinc aksiya keçirən azərbaycanlılara nifrət zəminində hücum etmiş Hovhannes Sukiasyana bu yaxınlarda hökm oxunub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

A.Hacızadə məhkəmənin qərarını alqışladıqlarını vurğulayıb: “Sukiasyan cinayət məsuliyyətinə cəlb edilib və ona hücumunun qurbanının bütün xərclərini ödəmək tapşırılıb. Ümid edirik ki, dərs çıxarılıb”.

Qeyd edək ki, bundan əvvəl dinc aksiya keçirən azərbaycanlılara hücum etmiş digər erməni – Erik Hakopyana 2021-ci ilin iyununda hökm oxunub.