ABŞ-ın Kentukki ştatında Hava Desant Diviziyasına məxsus iki helikopterin toqquşması nəticəsində 9 amerikalı hərbçi həlak olub.
“Yeni Gundem” xəbər verir ki, ABŞ rəsmilərinin sözlərinə görə, helikopterin qəzaya uğramasından heç kim sağ çıxmayıb.
“Mən həlak olan hərbçilərin ailələrinə və ölkəmizə hər gün cəsarətlə və qürurla xidmət edən 101-ci Hava Desant Diviziyasının üzvlərinə başsağlığı verirəm”, – ABŞ Müdafiə naziri Lloyd Ostin bildirib.
ABŞ ordusunun katibi Kristin Uormut hadisəyə münasibət bildirib. O, “ordu üçün çətin gün” olduğunu deyib.
Xatırladaq ki, ABŞ-ın Kentukki ştatında keçirilən hərbi təlimlər zamanı iki helikopter toqquşub.
Fərahim Rəhimov