ABŞ-də yaşayış binasında partlayış olub, xəsarət alanlar varbackend

ABŞ-nin Missuri ştatının Cefferson Siti şəhərində yaşayış binasında partlayış olub.

“Yeni Gundem” xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, dağıntıları təmizlədikdən sonra yanğınsöndürənlər 6 nəfəri xilas edə biliblər. Onlar xəstəxanaya yerləşdirilib, 3 nəfərin vəziyyəti ağır olaraq qiymətləndirilir. İki zərərçəkmiş helikopterlə xəstəxanaya aparılıb.

Binanın dağılmasına səbəb olan partlayışın səbəbi müəyyənləşdirilir.