ABŞ Dövlət katibinin köməkçisi Bakıda nəyi müzakirə edəcək?backend

Azərbaycana və Rumıniyaya səfər edəcəyim üçün çox şadam.

“Yeni Gundem” xəbər verir ki, bunu ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayen “X” platformasında qeyd edib.

O, Azərbaycana səfəri çərçivəsində Cənubi Qafqazda sülhün irəliləməsi ilə bağlı rəsmi görüşlər keçirəcəyini vurğulayıb.

Qeyd edək ki, Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms K. O’Brayen dekabrın 6-8-də Bakı və Rumıniyanın Buxarest və Tulça şəhərlərinə səfər edəcək.