“ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını davam etdirməyə çalışır” – ABŞ Dövlət Departamentibackend

ABŞ Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını davam etdirməyə çalışır.

“Yeni Gundem” xəbər verir ki, bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini bildirib.

ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel Tvitter hesabında yazıb ki, ABŞ dövlət katibi Entoni Blinken Ermənistan və Azərbaycan arasında sülh danışıqlarını davam etdirmək və asanlaşdırmaq üçün çalışır.

O qeyd edib ki, Cənubi Qafqazda davamlı sülhün təmin edilməsində əldə edilən irəliləyiş ABŞ üçün daha da ümidvericidir.

Fərahim Rəhimov