“ABŞ İsrailin məhkəmə sistemində islahatların təxirə salınmasını alqışlayır” – Ağ Evbackend

Ağ Ev bildirir ki, ABŞ İsrailin məhkəmə sistemində islahatların təxirə salınmasını alqışlayır.

“Yeni Gundem” xəbər verir ki,  Ağ Evin mətbuat katibinin sözlərinə görə, Amerika Birləşmiş Ştatları İsrailin məhkəmə sistemində islahatların təxirə salınmasını alqışlayır.

“Biz bu elanı kompromis üçün əlavə vaxt və məkan yaratmaq imkanı kimi alqışlayırıq. Kompromis məhz bizim çağırdığımız şeydir”, – deyə mətbuat katibi Karin Jan-Pyer bildirib.

Onun sözlərinə görə, rəsmi Vaşinqton İsrail liderlərini mümkün qədər tez kompromis tapmağa çağırmaqda davam edir.

“Demokratik cəmiyyətlər nəzarət və tarazlıqlarla gücləndirilir və demokratik sistemdə əsaslı dəyişikliklər mümkün qədər geniş xalq dəstəyi ilə həyata keçirilməlidir”, – Jan-Pier qeyd edib.

ABŞ Dövlət Departamenti də İsrailin məhkəmə sistemində islahatların təxirə salınmasını alqışlayıb.

Fərahim Rəhimov