ABŞ-nin Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin qurbanlarının xatirəsini yad edib.
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Hüqo Qevara Bakıda Şəhidlər xiyabanını ziyarət edib.
“Bu gün biz Qara Yanvarın faciəli hadisələrini ehtiramla yad edir, vətən uğrunda qəhrəmancasına canlarını fəda edənlərin xatirəsinə dərin hörmət göstəririk. Bu anım günündə onların verdikləri böyük qurbanı anaraq, ailələrinə və yaxınlarına səmimi başsağlığı veririk”, – o, “x” hesabında yazıb.