ABŞ Ukraynaya 1,2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırdıbackend

ABŞ hakimiyyəti Ukraynaya əlavə hava hücumundan müdafiə avadanlıqları və sursatları daxil edən 1,2 milyard dollarlıq yeni hərbi yardım paketi ayırıb.

Trend-in məlumatına görə, bu barədə Pentaqonun açıqlamasında bildirilib.

Paketə, xüsusən də “əlavə hava hücumundan müdafiə sistemləri və döyüş sursatları”, “Qərb hava hücumundan müdafiə sistemləri, raketlər və radiolokasiya stansiyalarının Ukraynanın hava hücumundan müdafiə sistemləri ilə inteqrasiyası üçün avadanlıqlar”, “pilotsuz uçuş sistemlərinin qarşısını almaq üçün döyüş sursatları”, 155 mm kalibrlik artilleriya mərmiləri daxildir.