“Absheron City” MTK məhkəməyə verildibackend

Vətəndaşı maddi ziyana salan “Absheron City” Mənzil Tikinti Kooperativi ilə bağlı məhkəməyə müraciət olunub.

”Yeni Gundem” xəbər verir ki, MTK ilə bağlı məhkəmədə iddianı sözügedən binada mənzil alan Əsədov Vaqif Mehralı oğlu qaldırıb.
İşin mahiyyəti mülki hüquq pozuntularından əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı MTK-nın ona vurduğu maddi ziyanı ödəməsini tələb edir.

Abşeron Rayon Məhkəməsində olan işə 23 iyul tarixində baxılacaq. İş hakim Mirnəsir Mirhəsənlinin icraatındadır.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.