İngilis bloger Adebola Soemimo geyindiyi libas üzündən Yunanıstanda saxlanılıb.
“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, Akropolisi ziyarət edən Soemimo açıq-saçıq paltar geyindiyi üçün əvvəlcə muzeydən qovulub, daha sonra isə polis bölməsinə aparılıb. Bloger Tvitter hesabından başına gələnləri irqçiliklə əlaqələndirib.
“Muzeydə məndən də açıq-saçıq geyinənlər var idi” deyən Adebolanı sosial şəbəkədə dəstəkləyənlər də olub, ona qarşı çıxanlar da…
Yeni Gundem.Az