Adil Karacanın yeni mahnısı: “Sarılmadım ki” – audiobackend

Türkiyəli müğənni Adil Karaca #evdəqal günlərində də sevindirdi.

“Yeni Gündəm” xəbər verir ki, ifaçı “Sarılmadım ki” adlı yeni mahnısını təqdim edib. Bəstənin sözləri Həsən Babayeva, musiqisi Orxan Mürvətliyə məxsusdur.
A.Karaca yeniliyi haqda bunları deyib: “Zamanında doya-doya sarılmadığımız insanların qədrini, təəssüfki indi bilirik… İnanıram ki, aramızda böyük məsafələr saxladığımız anda, “ Sarılmadım ki” adlı mahnım qəlbən bizi biri-birimizə yaxın edəcək”.