Məşhur PR menecer Ayan Nəcəf “Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Kommunikasiya departamentinin müdiri vəzifəsinə namizədliyini irəli sürüb.
Pravda.az-ın xəbərinə görə, rəhbərlik ona imtina cavabı verib.
Əməkdaşımız məsələni aydınlaşdırmaq üçün A.Nəcəflə əlaqə yaratmağa çalışsa da, mobil nömrəsinə zəng çatmayıb.
Qeyd: A.Nəcəf 2023-cü ilə qədər Dövlət Neft Fondunun İctimaiyyətlə Əlaqələr Departamentinin direktoru və mətbuat katibi, sonra isə Azərbaycan Cüdo Federasiyasının Marketinq və Kommersiya məsələləri üzrə müşaviri vəzifəsində çalışıb. O, Müsavat Partiyasının başqanı İsa Qəmbərin qohumudur. A.Nəcəfin ADY-də namizədliyini irəli sürdüyü vəzifəni isə fevralın 3-dək Aybəniz İsmayılova tuturdu.