ADY rəhbərliyi Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət etdi – Fotolarbackend

ADY rəhbərliyi və veteran dəmiryolçular 13 oktyabr – Dəmir yolu işçilərinin peşə bayramı və Azərbaycan dəmir yollarının yaranmasının 144 illiyi münasibətilə Fəxri xiyaban və Şəhidlər xiyabanını ziyarət ediblər.

“Yeni Gundem” xəbər verir ki, dəmir yollarının inkişafına misilsiz töhfələr vermiş Ümummilli Lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyulub, daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin əziz xatirəsi yad edilib.