Aeroport yolunda ağır yol qəzası – ölən və yaralananlar var (VİDEO)backend
Bakıda gecə saatlarında ölümlə nəticələnən ağır yol qəzası baş verib.


“Yeni Gundem”
xəbər verir ki, hadisə Aeroport yolunun Suraxanı ərazisindən keçən hissəsində baş verib. 

Moderator.az-ın hadisə yerində olan əməkdaşı xəbər verir ki, “Azsamand” maraklı avtomobillə “BMW” markalı avtomobilin toqquşması nəticəsində Azsamand markalı avtomobilin sürücüsü dünyasını dəyişib.
Hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidmətinin əməkdaşları cəlb edilib.
Hadisə şahidlərinin verdiyi xəbərə görə, BMW markalı avtomobilinin sürücüsü yol hərəkəti qaydalarını kobud şəkildə pozması qəzaya səbəb olub.

Faktla bağlı araşdırma aparılır.