Afaq Aslan: “Bağlı geyinmək namus-qeyrət göstəricisidirsə…”backend

Azadlıq və müasirlik açıq-saçıq geyniməkdə deyil, məhz elə abırlı geyinib, abırsızlığı təbliğ edən plakatlarla küçələrə axın etməkdə imiş.

Bu sözləri müğənni Afaq Aslan öz şəxsi instqram hesabında “8 Marş bizimdir hürr küçələr” adlı feminist aksiyasında olan iştirkçılar barəsində bildirib.

Müğənni aksiyaya qoşulan hicablı xanımı əsas nümunə gətirərək “Əxlaqı geyimlə ölçənlərə nümunədir bu mənzərə!” deyib. Afaq Aslan həmçinin insanların namus və qeyrəti geyimdə axtara biləcək qədər cahil düşünən beyinlərə sahib olduqlarını da bildirib:

“Bağlı geyinmək namus-qeyrət göstəricisidirsə, bəs onda bağlı geyinənlərin əllərindəki plakatlara nə adı qoyaq, maraqlıdır? Sən demə azadlıq və müasirlik açıq- saçıq geyniməkdə yox, məhz elə abırlı geyinib, abırsızlığı təbliğ edən plakatlarla küçələrə axın etməkdə imiş”.