Afaq Aslan sükutu pozdu – VİDEObackend

Müğənni Afaq Aslan sükutunu pozub.

İllərdir medianın və sosial şəbəkənin gündəmindən uzaq düşən sənətçi maraqlı açıqlamalar verib.

Dubayda yaşayan müğənni izləyəcilərinin suallarını cavablandırıb:

“Bu aləmdə yerimin boşluğu bəlli olur. Çünki yeri dolmayanlardanam. Mənim kimisi olmayacaq”.

Xatırladaq ki, sənətçi Dubayda öz şəxsi brendini açıb, zəngin ərəb xanımlarının geyimləri ilə məşğul olur. Bununla kifayətlənməyən Afaq Küveyt, Bəhreyn, Mərakeş və Qatarda yaşayan xanımlara da xidmət göstərir.

Milli.az