Afətin həcisinin yalanı ortaya çıxdı – müğənni evlənməkdən imtina etdi – VİDEObackend

Müğənni Afət Fərmanqızı vətəndaş nikahı ilə bərabər olduğu və rəsmi nikaha girməyə hazırlaşdığı Hacı Romadan ayrılıb.

“Yeni Gündəm” xəbər verir ki, ifaçı lent.az-ın canlı yayımında bu barədə danışıb.

O, vaxtilə oliqarxdır, iş adamıdır, böyük biznesmen adlandırdığı həcisinin əslində işsiz-gücsüz biri olduğunu və bu səbəbdən ayrıldığını açıqlayıb:

“Mən ayrıldım. Səbəbi də budur ki, insan qazancı ilə xərcini bilmirdi. Kasıbçılıq ayıb deyil. Nolsun ki, mənim gəlirim onun qazancından qat-qat artıq idi. Sən bu gün pul qazanmısansa, axşam gedib 300 manatlıq qəlyan çəkə bilməzsən. Bu mənim həyat tərzimə uyğun deyil.

Mən gedib rayonlarda-kəndlərdə tozun-torpağın içində əziyyə çəkib, oxuyub pul qazanıram, o isə bahalı həyat yaşayır və heç bir iş görmürdü. Mən də baxdım ki, bu iş görən adama oxşamır”.

Xatırladaq ki, jurnalist Sara Səfurə Hacı Romanın (Ramal Hüseynov) alfons olduğunu və qadınların hesabına yaşadığını ictimailəşdirmişdi. Bu səbəbdən hazırda tərəflər arasında məhkəmə çəkişməsi gedir. Hacı Roma jurnalistdən 50 min manat təzminat tələb edir.