UEFA AFFA-nı 2 500 avro cərimələyib.
Buna qadın futbolçulardan ibarət Azərbaycan millisinin Macarıstana Bakıda uduzduğu Avropa çempionatının seçmə mərhələ oyunundan sonra yaşananlar səbəb olub.
Milli assosiasiya qarşılaşmadan sonra meydana kənar şəxslər girdiyi üçün cərimə ödəməli olacaq.