AFFA-dan qərarbackend

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

“Yeni Gündəm” Azərbaycan Premyer Liqası və I Divizionla bağlı qəbul olunmuş qərarları təqdim edir.

Premyer Liqanın IX turunun “Zirə” – “Keşlə” oyununda “Keşlə” klubunun futbolçusu Tural Axundov “sonuncu ümid folu”na görə qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);

IX turun “Qarabağ” – “Neftçi” oyununda “Qarabağ” klubunun azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnir (maddə 51.2);

“Neftçi” klubunun baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 41.4);

“Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

“Sumqayıt” – “Səbail” oyununda matç boyu hesab tablosunun işləkliyi təmin edilmədiyi üçün meydan sahibi klub 800 manat cərimə olunur (maddə 60);

“Səbail” klubunun futbolçusu Nikolas Raysel “aqressiv hərəkət”ə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanır, klub 3200 manat cərimə olunur (maddə 37.3);

Matç bitdikdən sonra “Səbail” klubunun baş məşqçisi Aftandil Hacıyev hakimləri təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 41.4);

“Qəbələ” – “Sabah” oyununda “Sabah” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);

I Divizionun VII turunun “Keşlə-2” – “Kəpəz” oyununda “Keşlə-2” komandasının futbolçusu Kənan Cəfərov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Kəpəz” klubunun futbolçusu Röyal Əhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Səbail-2” – “Qarabağ-2” oyununda “Səbail-2” komandasının futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur (maddə 47.1);

“Səbail-2” – “Qarabağ-2” oyunu gec başlandığı üçün meydan sahibi klub 160 manat cərimə olunur (maddə 59.4);

“Qarabağ-2” komandasının baş məşqçisi Cavad Mirzəyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə olunur (maddə 61.1);

“Zaqatala” – “Sabah-2” oyununda “Zaqatala” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Zaqatala” – “Sabah-2” oyununda oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün meydan sahibi klub 40 manat cərimə olunur (maddə 62.2);

“Sabah-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39);

MOİK – “Qəbələ-2” oyununda MOİK klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 80 manat cərimə olunur (maddə 39);

“Turan Tovuz” – “Sumqayıt-2” oyununda “Sumqayıt-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün komanda 80 manat cərimə olunur (maddə 39).