AFFA İcraiyyə Komitəsinin iclası keçirilib, qərarlar qəbul olunubbackend

AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. AFFA-nın 2020-ci il yanvarın 28-də təşkil olunan Konfransında Nizamnaməyə uyğun olaraq həyata keçirilmiş struktur dəyişikliyi, AVRO-2020-nin və AVRO-2020 ilə bağlı hesabat işlərinin başa çatması, həmçinin müvafiq hüquqi prosedurlar nəzərə alınaraq, AFFA-nın baş katibi vəzifəsi bu günə qədər baş katibin müavini vəzifəsində çalışan Sərxan Hacıyevə həvalə olunsun.

2. Futbolun İnkişafı Fondunun (FİF) Himayəçilər Şurasının tərkibi təsdiq olunsun:

Sədr

Vəli Qasımov

Üzvlər

Fəxrəddin Manafov

Asim Xudiyev

Yunis Hüseynov

Qənirə Paşayeva

Sona Abbasova

Anar Həsənov

Rüstəm Əfsərli

Şaiq Qəribzadə

3. AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:

– Tofiq Məmmədov (Gəncə)

– Nazim Mehrəliyev (Ağdam)

– Hafiz Əliyev (Naxçıvan)

4. AFFA-nın 30 illik yubileyi ilə əlaqədar müxtəlif tədbirlərin keçirilməsi təsdiq olunsun.