Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında mübarizəyə başlayacaq.
Canni De Byazinin rəhbərlik etdiyi komanda səfərdə Qazaxıstan ilə qarşılaşacaq.
Saat 18:00-da start götürəcək qarşılaşma “Astana Arena”da keçiriləcək.
Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində uğursuz nəticələri ilə azarkeşlər və mətbuat tərəfindən daim tənqid olunan yığma Qazaxıstan səfərindən uğurlu nəticə ilə ayrılmağa çalışacaq.
Xüsusən də, komandaya müdafiə futbolu oynatdığı üçün tənqid edilən De Byaziyə qələbə çox lazımdır.
Milli onun rəhbərliyi ilə qatıldığı ikinci Millətlər Liqası yarışmasına da uğursuz start versə, ilk turlardan sonra istefaya göndərilməsi yenidən gündəmə gətiriləcək.
Bu ilin əvvəlində müqaviləsi 10 ay müddətinə uzadılmış italyan belə bir təhlükənin olmasından xəbərdar olmamış deyil.
Onu və futbolçuları xilas edəcək stimul möxcuddur – AFFA rəhbərliyi hər oyuna böyük mükafat qoyub.
Millətlər Liqasında qələbə futbolçuları 30 min manat irəli salacaq 1 xala görə təyin olunan «ənam»ın məbləği isə 15 min manatdır.
SPORTİNFO.AZ