AFFA “Neftçi”nin xahişini nəzərə aldıbackend

Antalyada təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik baş verib. 

“Yenigundem”  AFFA-ya istinadən xəbər verir ki, “Neftçi”dən dəvət edilən qapıçı Kamran İbrahimov hazırlıq prosesində iştirak etməyəcək. Aqil Məmmədov zədələndiyinə görə “Neftçi” klubunun rəhbərliyi millinin baş məşqçisindən İbrahimovun toplanışdan azad edilməsini xahiş edib.

U-21 toplanış çərçivəsində yanvarın 24-də, Bakı vaxtı ilə saat 12:00-da “Spartak-2” komandası ilə yoxlama oyunu keçirəcək.