AFFA-nın aprelin 2-də hesabat-seçki kofnransı keçirəcəyi məlumdur. Bu barədə qərar qurumun İcraiyyə Komitəsinin Gəncədə təşkil olunan yığıncağında verilib. Federasiyadan redaksiyamıza sızan məlumata görə, hələlik heç bir namizəd qeydə alınmayıb. Amma bu durğunluq uzun çəkməyəcək, qarşıdakı günlərdə hərəkətlik gözlənilir. Qeydiyyat prosesinin martın 16-dək tamamlanması planlaşdırılır.
Favorit kimdir? AFFA-dan gələn xəbərlər deməyə əsas verir ki, Rövnəq Abdullayevdən boşalacaq postu Rövşən Nəcəf tutacaq. İnişil SOCAR-ın prezidenti vəzifəsində əvəzləmiş Nəcəfin futbol sektorunda da rəhbərliyə gətiriləcəyinə böyük əminlik var.
Sportinfo.az