Azərbaycanda VAR (video-köməkçi hakim) sisteminin tətbiqi ilə bağlı ilkin prosesə müvafiq protokollara uyğun start verilib.
“Yeni Gündəm” xəbər verir ki, qarşıdakı günlərdə bununla əlaqədar FIFA ilə videokonfrans formatında görüş keçiriləcək. Görüşdə mövcud vəziyyətvə həyata keçiriləcək işlər müzakirə olunacaq.
Qeyd edək ki, AFFA İcraiyyə Komitəsi VAR sisteminin tətbiqi üçün hazırlıq və araşdırma mərhələsinə start verilməsi barədə qərar qəbul edib. Lakin COVİD-19 pandemiyası ilə əlaqədar proses bir müddət təxirə salınmışdı.