Ağdam şəhərinin gələcək inkişaf planlarıbackend

Azərbaycanın hər bir bölgəsi gözəldir. Öz müxtəlifliyi ilə bir-birindən fərqlənirlər.Qarabağ isə Azərbaycanın döyünən ürəyidir. Bu ürəyin bir parçası olan Ağdam rayonudur. Bu rayon 8 avqust 1930-cu ildə yaradılıb. Öz füsunkar təbiəti, təmiz havası saymaqla bitməyən cəhətləri bu rayonu daha da fərqli edir.

Lakin bu gözəlliyə ermənilər tərəfindən zərər yetirilir. Təkcə Ağdam deyil bütün Qarabağa əlimizdən alınır. Bütün bunlara baxmayaraq 30 il sonra torpaqlarımız işğaldan azad olunur. Azərbaycan xalqı sevinc və fərəhlə qalibiyyəti qeyd edir.

İşğaldan azad olunan rayonlarda və şəhərlərdə yenidənqurma işlərinə başlanılıb və işlər sürətlə davam etdirilir.Ağdam rayonunda da bu işlər öz axarı ilə davam edir. Ümid edirəm ki, bir neçə ilə rayonlarımızı , şəhərlərimizi yenidən əvvəlki vəziyyətinə qaytarmaq mümkün olacaq.  Prezident İlham Əliyevin Ağdama səfərləri zamanı Ağdamda görülən işlərlə tanış olub, öz fikirlərini bölüşüb. O bildirib ki, Ağdam şəhərinin gələcək inkişaf planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Görülən bütün bu işlər şəhərin abadlaşdırılması istiqamətində atılan mühüm addımlardan hesab olunur.

Qısa bir müddət ərzində görülmüş işlər yaxın gələcəkdə konkret nəticələrə gətirib çıxaracağına şübhə yoxdur. Ağdam şəhərində sənaye parkının ilk rezidentləri tərəfindən yaxın gələcəkdə istifadəyə veriləcək yeni müəssisələrin təməl daşı qoyulub. Sənaye parkının təməl daşını isə Prezident İlham Əliyev Ağdamda, Müstəqillik Günündə qoymuşdu.Artıq 5 rezident vardır və onlar işə başlayırlar. Beləliklə, 190 hektar ərazidə qurulacaq Ağdam Sənaye Parkının ilk müəssisələri artıq bu sahədə ilk addımlarını atır. Bu, çox önəmli hadisədir. Ona görə ki, Ağdam şəhərinin gələcək inkişafı ilə bağlı planlarında, ilk növbədə, yaşayış binalarının inşası və iş yerlərinin açılması var. Çünki burada yaşayacaq ağdamlılar işlə təmin olunmalıdırlar. İş yerlərinin yaradılması ilə bağlı əlavə addımlar da atılacaq ki, bu işlər də öz növbəsində  .Yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaq. “Azərbaycan iş adamlarına da mən bu gün burada – Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar”-Prezident İlham Əliyev bildirib. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb və yaradılmaqda davam edir. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda güzəştli kreditlərin verilməsi işləri aparılır. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar və fürsətlər yaradır. Ona görə  də Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar,öz işlərini burada inkişaf etdirsinlər. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik. Əlbəttə, dövlət öz tərəfindən lazımi addımları atır və atacaq. Ağdam şəhərinin baş planı hazırlanıb, Baş plan əsasında işlərin aparılmasına başlanılınıb .Əlbəttə ki, özəl sektorun nümayəndələri bu işlərdə fəal olmalı və öz töhvələrini verməlidirlər.

Mamedova Fəridə
Azərbaycan Dövlət Pedoqoji Universiteti/SABAH qrupları