Ağdamda 4 il əvvəl ölən qızın meyiti tapılıb.
Hadisə rayonun İmamqulubəyli qəsəbəsində qeydə alınıb.
Verilən məlumata görə, qəsəbə sakini Nəcəfov Şikar Süleyman oğlu qızı, 2000-ci il təvəllüdlü Nəcəfova Nübar Şikar qızını 4 il əvvəl qətlə yetirərək evin həyətyanı sahəsində basdırıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən qətlə yetirilib basdırılan şəxsin meyiti aşkara çıxarılıb.
Faktla bağlı araşdırmalar aparılır./APA