Qaraciyər serrozundan əziyyət çəkən aktyor Elvin Ağayev əməliyyat olunub.
”Yeni Gündəm” musavat.com-a istinadən bildirir ki, aktyorun həyat yoldaşı Elvina Ağayeva onun səhhəti ilə bağlı paylaşım edib.
O bildirib ki, Elvinin səhhəti yaxşılaşmağa doğru gedir:
“Bir ay bundan əvvəl bizim üçün həyəcanlı, saatların getmədiyi gün idi. Gözümüz qapıda qalmışdı ki, həkim çıxıb bir söz desin. 8 saat gözləmədə qaldıq. Ağlımıza nələr gəldi, nələr düşündük. İki əzizimizin həyatının söhbəti gedirdi. Ağır günləri geridə qoyduq. İndi ağrılar çox olsa da, günümüzün çoxu xəstəxanada keçsə də şükürlər olsun bu günümüzə. Birinci Allahıma, sonra Azərbaycan xalqına, bizə bu yolda böyük dəstək olanlara təşəkkürümü bildirirəm. Ən böyük təşəkkür baldızıma düşür. Çünki o, hər şeyi gözə aldı, qardaşını ayağa qaldırdı”.