Ağsu rayonu, Ərəbuşağı kənd sakini Şahin Fərəcov tərəfindən Hurriyyet.az saytının redaksiyasına müraciət daxil olub. Sakinlər adından saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edən Ş.Fərəcov deyir ki, Ərəbuşağı-Ağalarbəyli kənd yolunun bərbad vəziyyətdə olması ilə bağlı aidiyyəti qurumlara edilən şikayətlərə məhəl qoyulmur:
“Ərəbşahı və Ağalarbəyli kəndləri 10 nəfərdən artıq şəhid verib.
Prezidentin göstərişi ilə kəndimizdə gözəl məktəb tikilib. Amma məktəbə gedən yollar palçıqlı olduğundan uşaqlar çətinlik çəkir.
Xahiş edirik, bizim yolumuz haqda tədbir görəsiniz.
700-dən artıq ev olan kəndimizin yolları bərbad haldadır, maşınlar tez-tez sıradan çıxır. Xəstəmiz olanda təcili yarım vaxtında gəlib çata bilmir. Eləcə də yanğın hadisəsi zamanı yanğınsöndürən vaxtında gələmir.
Aidiyyəti qurumlara dəfələrlə müraciət etsək də, baxan yoxdur”.
Mənbə: Hurriyyet.az