Ağsuda məktəb direktorunun həbsi məsələsinə aydınlıq gətirildibackend

Dağlıq-Şirvan Regional Təhsil İdarəsi Ağsu rayonu S.Mikayılov adına tam orta məktəbin sabiq direktoru Həsənov Fəxrəddin Həsənqulu oğlunun həbsi məsələsinə münasibət bildirib.

Regional İdarədən verilən məlumata görə, Dağlıq-Şirvan Regional Təhsil İdarəsi tərəfindən adıçəkilən təhsil müəssisəsində aparılmış yoxlama zamanı sabiq direktorun əmək fəaliyyəti dövründə dövlət əmlakını mənimsəməsi də aşkarlanıb və toplanmış materiallar hüquq-mühafizə orqanlarına təqdim edilib.

Bildirilib ki, sabiq direktor əmək fəaliyyətində yol verdiyi nöqsanlara görə ötən il iyulun 3-də tutduğu vəzifədən azad edilib.