Əməkdar artist Mətanət İsgəndərliyə elçi gəlib.
“Yeni Gendəm” xəbər verir ki, bu barədə sənətçi “Hüseynova bacıları” proqramında məlumat verib.
56 yaşlı müğənni bildirib ki, tanımadığı bir şəxs onu atasından istəyib: “Proqramdan çıxandan sonra mənə elçi gəlmişdilər. Evə getdim, gördüm ki, atam hirslənib. Səbəbini soruşdum. Dedi ki, sənin üçün elçi düşmüşdülər.
Elə bildim ki, zarafat edir. Sonra öyrəndim ki, bir nəfər onunla danışıb, deyib ki, qohum olmaq istəyirəm, icazə ver, Mətanətlə evlənim. İkinci dəfə də başqa bir verilişdən çıxırdım, bir nəfər yaxınlaşıb mənimlə evlənmək istədiyini söylədi. Ağzında da bir dişi var idi. Cavab verdim ki, mənim ərə gedən vaxtım deyil”.