Aİ-nin Ermənistandakı missiyasının Azərbaycanla sərhəddəki patrullarının sayı 1000-ə çatıbbackend

Avropa İttifaqının (Aİ) Ermənistandakı Monitorinq Missiyası Ermənistan- Azərbaycan şərti sərhədində indiyə qədər 1000 dəfə patrul həyata keçirib.

Bununla bağlı Aİ-nin Monitorinq Missiyasının “X” hesabında paylaşım edilib.

Bildirilib ki, vəziyyəti müşahidə etmək və hesabat hazırlamaq üçün Ermənistan-Azərbaycan sərhədində bu günə qədər 1000 dəfə patrul xidməti həyata keçirilib.

Aİ Missiyası bildirib ki, Ermənistanda 6 əməliyyat bazasından patrul xidməti həyata keçirilir: “Hər həftə monitorinq missiyamızın üzvləri təqribən 3800 km məsafə qət edir və gündə 7 patrul həyata keçirir”./APA