“Ailə Park” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlı cərimə protokolu tərtib edilib.
“Yeni Gundem” xəbər verir ki, “Ailə Park” İnzibati Xətalar Məcəlləsinin ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan 253-1.4-cü maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıqların məhv edilməsinin və yaşıllıq ərazilərində qanuna zidd digər hərəkətlərin qarşısının alınmamasına, yaxud qanunla müəyyən edilən mühafizə tədbirlərinin görülməməsinə görə vəzifəli şəxslər min manat miqdarında, hüquqi şəxslər üç min manat miqdarında cərimə edilir.
Bu qaydaları pozan “Ailə Park”la bağlı işə 18 aprel tarixində Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Ailə Park” QSC-nin direktoru Hüseyn Mədətovdur.