Azərbaycana qayıtdıqdan sonra karantinə alınan müğənni Damla yeni foto yayımlayıb.
“Yeni Gündəm” xəbər verir ki, ifaçı “İnstagram”dakı paylaşımını belə şərh edib:
“Ailəmə qovuşmağa sayılı günlər qaldı. Nəhayət ki, yeni işləri təqdim etmə zamanı da yaxınlaşır. Klip, yeni mahnı, konsertlər üçün çox darıxmışam”, – deyə, o, qeyd edib.
Xatırladaq ki, Damla el şənliklərinin birində iştirak etmək üçün Rusiyaya gedib. Uzun müddət Rusiyadan qayıda bilməyən ifaçı nəhayət ölkəyə geri dönüb. Hazırda o, paytaxt otellərinin birində karantində saxlanılır.