Akademik Milli Dram Teatrına bədii rəhbər təyin edildibackend

Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib.

“Yeni Gundem”-in məlumatına görə, bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

M.Ələkbərzadə indiyədək çoxsaylı tamaşa, ekran əsərlərinin müəllifi, rejissoru, eləcə də Gənc Tamaşaçılar və Yuğ Teatrlarının baş rejissoru vəzifələrində çalışıb.