Respublika üzrə oftalmoloji yardımın optimallaşdırılması və görmə qabiliyyəti məhdud olan şəxslərin sayının, korluğun qarşısının alınması üçün akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində dövlət layihəsi çərçivəsində bir sıra layihələr həyata keçirilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi strukturu və keçirdiyi innovativ layihələrə görə Zaqafqaziya üzrə ən yüksək inkişaf etmiş mərkəzdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunmuşdur. Mərkəzdə Oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Mərkəzdə hər növ oftalmoloji müalicə və əməliyyatlar aparılır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin filialları və səyyar klinikası sayəsində bütün region oftalmoloji yardımla əhatə olunur.
Belə ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi beynəlxalq standartlara cavab verən müasir diaqnostik avadanlıqlarla təchiz olunub. Mərkəzdə oftalmologiyanın bütün sahələrini əhatə edən şöbələr və yüksək ixtisaslı mütəxəssislər fəaliyyət göstərir. Ən müasir texnologiyalar əsasında işləyən diaqnostik avadanlıq və üsulların istifadəsi görmə orqanlarının anatomik və funksional parametrlərini dəqiq müəyyən etmişdir ki, bu da göz xəstəliklərinin diaqnostikası və müalicəsinin keyfiyyətini, gözün müəyyən strukturunda aparılan cərrahi əməliyyatların funksional nəticələrini qat-qat yüksəltmişdir.
Mərkəzin aparıcı cərrahları dünyanın qabaqcıl oftalmoloji müəssisələrində aparılan unikal cərrahi əməliyyatları tətbiq edirlər.
2008-ci ildən Masallı rayonunda, 2016-cı ildən Gəncə şəhərində, 2019-cu ildən etibarən Şəki şəhərində Mərkəzin ən son avadanlıqlarla təchiz edilmiş Regional mərkəzləri fəaliyyət göstərir. Bu filiallar ən müasir oftalmoloji avadanlıqlarla təhciz olunub. Regional şöbələrdə yerli əhaliyə yüksək ixtisaslı cərrahi və konservativ yardım göstərilir.
Həmçinin Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə oftalmologiyada olan innovativ inkişaf, yenilik və nailiyyətləri müzakirə etmək məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, toplantılar həyata keçirilir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildən müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir. Səyyar klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində tibbi aksiyalarlar keçirərək əhalinin daha əlçatan, vaxt itirmədən ilkin müayinəsi, operativ şəkildə onları müayinə-müalicə etmək, göz xəstəlikləri ilə bağlı əldə edilən nəticələri həll etməyə yardım edir.
Bununla yanaşı 2018-ci ildən isə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar klinikası fəaliyyətə başlayıb. Bunun sayəsində dəmiryolu xətti yerləşən bütün regionlardakı əhaliyə səyyar xidmət göstərilir.
Mərkəzin əməkdaşları Fondun humanitar fəaliyyətini dəstəkləyərək bu işdə ona öz köməkliyindən əsirgəmirlər, belə ki, ayrı-ayrı xeyriyyə aksiyalar zamanı və gündəlik işində Mərkəzin əməkdaşları tərəfindən yüzlərlə az təminatlı xəstələrə, əlillərə, Böyük Vətən müharibəsi, Qarabağ müharibələri veteranları və əlillərinə, qaçqınlara və məcburi köçkünlərə təmənnasız ambulator və stasionar yardım göstərilir. Səhiyyə Nazirliyinin köməkliyi ilə bu fəaliyyət çərçivəsində respublika rayonlarının əhalisinə təmənnasız yüksəkixtisaslı oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar klinika təşkil edilmişdir.
Avtomobil və Dəmiryolu Səyyar klinikasında oftalmoloji xəstənin müayinəsi və lazım gəldikdə cərrahi əməliyyatının aparılması üçün hər bir şərait yaradılıb: yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən fakoemulsifikasiya üsulu ilə kataraktanın ekstraksiyasının aparılması üçün xüsusi aparat. Səyyar klinika muxtar həyat təminatlı (elektrik, istilik, kondisioner və s.) sistemlərlə təchiz olunub və hər bir şəraitdə işləyə bilər. Həmin klinika ölkəmizin müxtəlif rayonlarına gedərək, artıq müntəzəm şəkildə fəaliyyət göstərir.