Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş “Oftalmologiyanın müasir aspektləri “mövzusunda Beynəlxalq elmi praktik konfrans keçirildibackend

Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür.
Hər xalqın tarixində “böyük qadınlar “, “böyük analar” olub. O, qadınlara ona görə “böyük analar” deyirlər ki, təkcə öz övladlarının deyil, bütün xalqın anası olurlar. Onlar üçün öz ömrü yox, başqalarının ömrü əsas olur. Buna görə də bu insanlar öz həyatlarını insanların sağlamlığına, cəmiyyətin xoşbəxt gələcəyinə həsr edirlər. Azərbaycan tarixində silinməz iz qoymuş belə böyük insanlardan biri Zərifə Əliyevadır.
Akademik A. Nesterov alim haqqında belə fikir söyləyirdi:
—«Mən onu öz sahəsinin məşhur alimi hesab edirəm. Oftalmologiyada o, bir nömrəli idi».
Professor N.Şulpina:
— «Biz onu sevmişik, sevirik və ömrümüzün sonuna qədər sevəcəyik. Zərifə xanımın bədii duyumu, bədii istedadı bənzərsiz idi».
Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin “Peşə oftalmologiyası“- nın əsasını qoymuşdur.
Zərifə xanımın 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işləri, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası” monoqrafiyası oftalmologiya sahəsində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Onu da qeyd edək ki, Zərifə xanım keçmiş SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın alim idi.
Akademik Zərifə Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını oftalmoloji ictimaiyyət və praktik həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış
“Yüksək əqidə – həkimin yüksək vəzifəsi”
“Oftalmologiyanın aktual problemləri“
monoqrafiyalarında ətraflı işıqlandırmışdır.
Əliyevanın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur.
Görkəmli alim vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox tədqiqatlar aparmışdır.
Eyni zamanda,
• “Terapevtik oftalmologiya“
• “İridodiaqnostikanın əsasları”
kimi nadir elmi əsərlərin müəlliflərindən biri
12 monoqrafiya, dərslik və dərs vəsaitinin
150-yə yaxın elmi işin
1 ixtira
12 səmərələşdirici təklifin müəllifidir.

O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Az-n Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub, Əməkdar elm xadimi kimi şərəfli adı da ləyaqətlə daşıyıb. Amma uğurları nə qədər çox olsa da, ömür payı o qədər qısa olub. Elə bir bahar günündə – 15 aprel 1985-ci ildə dünyasını dəyişib. Ömrü 62 il olub. Amma onun 62 illik ömrünə həm də böyük siyasətçinin həyat yoldaşı, Azərbaycanın dövlət başçısının anası, ölkənin birinci xanımının qayınanası, qayğıkeş nənə və neçə insana gözünün nurunu qaytarmış fədakar həkim olmağa qədər böyük pay düşmüşdü.
Hər birimiz şahidik: ümummilli Heydər Əliyev kimi möhkəm iradəli insan, qüdrətli bir şəxsiyyət yalnız onun, sonsuz məhəbbətlə sevdiyi bu qadının xatirələri qarşısında kövrəlirdi….
Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. O, yaddaşlarda gözəl alim, qayğıkeş insan, ləyaqətli ziyalı, sədaqətli ömür yoldaşı, gözəl ana kimi əbədiləşib. 1923-cü ilin bir bahar günündə dünyaya gələn, ürəyində və əməllərində işıqlı amalları, nəcib duyğuları yaşadan, ləyaqətli bir ömür yaşayan Zərifə xanımın parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.
#ZərifəƏliyeva