Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmiş “Oftalmologiyanın müasir aspektləri” adlı Beynəlxalq Elmi-praktik konfrans keçiriləcək.
“Yeni Gundem” xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd oftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən danışmaqdır. Qeyd edək ki, bu konfranslar mütəmadi xarakterdaşıyır. Konfransda Milli Oftalmologiya Mərkəzinin və respublikanın digər alimləri və oftalmoloqları özməruzələri ilə çıxış edəcəklər.
Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox fundamental tədqiqatların müəllifidir. “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamiksisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” və bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov konfransı açıq elan edəcək.
Konfrans moderatorlar Dr. Ceyhun Nəzərli, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Qurban Ismayilov, t.ü.f.d. Сəmil Həsənov, t.ü.f.d. Rafadar Xəliliov, dr. Emin Əlihüseynli və t.ü.f.d. Lalə Axundova tərəfindən həyata keçiriləcək.
QEYD: Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, “Viral uveitin müasir risk faktorları” və s. mövzularında çıxışlar dinləniləcək. Konfransda həmçinin Rusiyadan, Türkiyədən və digər müəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öz təqdimatları ilə məruzə edəcəklər.
Qeyd edək ki, tədbir 28 aprel 2024, saat: 10:00, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi. Bakı şəh., 6-cı mikrorayon., Cavadxan küç., 32/15
Əlaqə: Mob: (+994) 508919451, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. E-mail: [email protected]