Akademik Zərifə Əliyevanın anadanolmasının 101 illiyinə həsr olunmuş “Oftalmologiyanın müasir aspektləri” mövsusunda Beynəlxalq Elmi-praktik konfransbackend

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə 28 aprel 2024-cü il tarixində Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilmişOftalmologiyanın müasir aspektləriadlı Beynəlxalq Elmi-praktik konfrans keçiriləcək.

“Yeni Gundem” xəbər verir ki, konfransın keçirilməsində əsas məqsəd oftalmologiya sahəsində baş verən yeniliklərdən, oftalmologiyanın aktual məsələlərindən danışmaqdır. Qeyd edək ki, bu konfranslar mütəmadi xarakterdaşıyır. Konfransda Milli Oftalmologiya Mərkəzinin respublikanın digər alimləri oftalmoloqları özməruzələri ilə çıxış edəcəklər.

Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın  oftalmologiya elminin inkişafında müstəsna xidmətləri var. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox fundamental tədqiqatların müəllifidir.  “Gözün görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamiksisteminin anatomik fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri bu kimi digər monoqrafiyaları çap edilib. Ümumiyyətlə onun 200-ə qədər elmi işi, 14 monoqrafiyası 12 səmərələşdirici təklifləri var idi. Z.Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmloloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov konfransı açıq elan edəcək.

Konfrans moderatorlar Dr. Ceyhun Nəzərli, t.e.d. Tural Qəlbinur, t.ü.f.d. Qurban Ismayilov, t.ü.f.d. Сəmil Həsənov, t.ü.f.d. Rafadar Xəliliov, dr. Emin Əlihüseynli t.ü.f.d. Lalə Axundova tərəfindən həyata keçiriləcək.

QEYD: Konfransda “Zirvələrə yüksələn zərif insan ömrü”, “Difraktif ve EDOF göz içi lensleri, kime hangi IOL?”, “Принципы ортокератологии: механизмы действия и клинические результаты”, “Vitreoretinal cərrahiyyədə retinektomiyanın tətbiqi”, “Gözdaxili linzalarda yeni era”, “ROP fəsadları və müalicəsi”, “Kosmetologiyada istifadə olunan lazer cihazlarının görmə orqanına zədələyici təsiri ”, “Использование склеральных линз в сложных случаях аметропии: проблемы, решения, перспективы”, Viral uveitin müasir risk faktorlarıvə s. mövzularında çıxışlar dinləniləcək. Konfransda həmçinin Rusiyadan, Türkiyədən digər müəssisələrdən və mərkəzdən həkim heyəti iştirak edərək, öz təqdimatları ilə məruzə edəcəklər.

Qeyd edək ki, tədbir 28 aprel 2024, saat: 10:00, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi. Bakı şəh., 6-cı mikrorayon., Cavadxan küç., 32/15

Əlaqə: Mob: (+994) 508919451, (012) 5682890. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsi. E-mail: [email protected]