Aktrisa evlilik təklifindən danışdı: “Naz elədim”backend
“Evlilik hakkında her şey” serialında baş rolu canlandıran aktrisa Gökçe Bahadır müsahibəsi zamanı şəxsi həyatından bəhs edib.
“Yeni Gündəm” xəbər verir ki, fevralın 25-də musiqiçi sevgilisi Emir Ersoyla nikah masasına əyləşməyə hazırlaşan aktrisa evlilik təklifi aldığı andan danışıb:
“Küçədə yeriyəndə birdən dayandı, “mənimlə evlənərsən” dedi. Birinci qəbul etmədim, naz elədim. Amma təklif istədiyim kimi oldu. Buna görə xoşbəxtəm”.
Qeyd edək ki, aktrisa Ali Sunaldan 2012-ci ildə boşanıb.